SIĞORTA

Sığorta şirkətinin yığımları 69 % artdı - HESABAT
11 İYUL
378

Sığorta şirkətinin yığımları 69 % artdı - HESABAT

2016-07-11 10:05:00

“AtaSığorta” şirkəti iyun ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi  69 % artaraq 1 568 262 manat olub. Ötən ilin  iyun ayında isə sığorta yığımlarının həcmi 927 235 manat olub. Sığorta yığımlarının 82 %-i könüllü sığorta növləri üzrə, qalan hissəsi isə icbari sığorta növlərindən toplanıb.

Sığorta yığımlarından fərqli olaraq  “AtaSığorta”nın ödənişləri  ötən ilin iyun ayı ilə müqayisədə 33,5% azalaraq 239 977 manat olub. Sığorta şirkəti ödənişlərinin 84,8 %-ni avtomobillərin təmir xərclərinə yönəldib. Belə ki, icbari avtomobil sığortası üzrə 124 qəzaya görə 124 366 manat,  kasko sığorta üzrə 71 hadisəyə görə isə 79 261 manat sığorta pulu verilib.

“AtaSığorta”nın tibbi sığorta üzrə ödənişləri 522 müraciət üzrə 32 887 manat olub. Bundan əlavə fərdi qəza sığortası üzrə bir hadisə ilə bağlı 3 462 manat ödəniş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271