SIĞORTA

Daşınmaz əmlakın icbari sığortası 17% azalıb
01 İYUL
254

Daşınmaz əmlakın icbari sığortası 17% azalıb

2016-07-01 16:08:00

2016-cı ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 11 639 sığorta müqaviləsi bağlanılmışdır. Fins.az xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 4,2 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,8%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 19,8%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 17% faiz azalma müşahidə edilmişdir.

İyun ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 310, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  22 680 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 7 194 manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274