SIĞORTA

​İSB "Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb
24 İYUN
305

​İSB "Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb

2016-06-24 16:02:00

İcabarı İcbari Bürosu (İSB) “Yaşıl Kart” sığorta sistemi çərçivəsində artıq ödənişlər həyata keçirməyə başlayıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, artıq iki Ukrayna vətəndaşının Bakıda törətdiyi sığorta hadisələri üzrə tələblər qeydə alınıb: “Bu hadisələrdən birinə görə ödəniş verilib, digər hadisə isə bu günlərdə qeydə alınıb. Hər iki hadisəyə görə Ukraynanın icbari sığorta qurumuna qarşı tələblər irəli sürüləcək”.

İSB-nin özünə qarşı da iki tələb irəli sürülüb. E.Quliyev bildirib ki, tələblər Türkiyədən daxil olub: “İki Azərbaycan vətəndaşı da Türkiyədə yol qəzası törədərək başqalarına ziyan vurublar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272