SIĞORTA

0,2 saniyə əvvəl xəbərdarlıq – SÜRÜCÜLƏR ÜÇÜN XƏBƏRDARLIQ
24 İYUN
310

0,2 saniyə əvvəl xəbərdarlıq – SÜRÜCÜLƏR ÜÇÜN XƏBƏRDARLIQ

2016-06-24 13:59:00

Sürücünün diqqətini cəmləşdirməsi üçün 33 saniyə lazımdır. Bu qısa vaxtda o, fikirlərini cəmləşdirməsə arxadan vurulan zərbələrin sayı artacaq. Təhlillərin nəticələrinə görə, erkən xəbərdarlıq 2 saniyə əvvəl belə olarsa, bu zaman qəzanın qarşısını almaq mümkündür. Təhlükəsiz sürmə və hər hansı qəza halı yaranarsa, avtomatik xəbərdarlıq sistemi  artıq dünyada geniş şəkildə tətbiq edilməyə başlayıb. “Mobileye” proqram təminatı  da yol qəzalarının qarşısını almağa hədəflənib və  Google avtomobillərin idarə olunması sisteminin əsas rəqibidir.

Mobileye Vision Texnologies şirkətinin regional satış direktoru Raz Peleg qəzaların qarşısını almaq məqsədilə erkən xəbərdarlıq üzrə araşdırmalar aparıldığını bildirdi.  “ Erkən xəbərdarlıq sistemi artıq özünü doğruldur. Bu sistem insan bədəninə xas funksiyaları ozundə kəşf edir , yol nişanlarını, idarəetmə sistemini görür. Məsələn, sürücü yuxulayırsa bu sistem onu aşkar edir və xəbərdarlıq edərək, oyadır. Avtomotik dayanma, avtomotik  tormoz funksiyalarına malikdir. Aralıq məsafə həddinin gözlənilməsi kimi faktorlar da bu proqramın həssaslığından kənarda qalmır. Artıq proqramın milyonlarla istifadəçisi var”. Proqramı dəstəkləyən qurğu sürücü əyləşdiyi salonda yerləşdirilir, işıq və səs effektləri ilə sürücünü xəbərdar edir.

Tətbiq olunma zamanı izlənilən funksionallıq göstərir ki, Mobileye sərbəst avtonom idarəetməni təmin edir. Bu sistem piyadaları aşkar edir və onu xəbərdarlıq etmək üçün avtomatik işə düşür. 0,8 saniyə əvvəl piyada bu xəbərdarlığı alır. Sistem həm gündüzlər, həm də gecələr işləyir.Raz Peleg Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda sığorta şirkətlərinə müraciət etdi. “Sığorta xərcləri ödəyirsiniz, ancaq sürücünün üslubunu qiymətləndirə bilmirsiniz. Smart sığorta siyasəti sayəsində İsraildə sürücülərin sığorta ödənişlərinin məbləği məhz onların idarəetmə üslubu əsasında  fərqləndirilir.Deyə bilərəm ki, Mobileye sığorta şirkətləri tərəfindən daha çox gənc sürücülərə təqdim edilir”.

Nəticədə isə İsraildə təzminatla bağlı tələblər 45 faiz azalıb. İsrail höküməti gənc sürücülər üçün bu sistemi icbari şəkildə tətbiq edir. 2014-cü ildən 40 min insan bu sistemdən istifadə edib. Eyni zamanda Çində yük maşınlarında Mobileye tətbiq edilib bu zaman toqquşmaların sayı azalıb, həmçinin zərərin daha az olduğu təsdiqlənib. Spiker Roman Ferster hesab edir ki, sığorta şirkətləri gəlirliliyi artırmaq və səriştəsiz müştərilərini belə itirmək istəmirlərsə, bu sistemi tətbiq etməkdə maraqlı olmalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275