SIĞORTA

Sığorta şirkətləri xərcdən boyun qaçırır - SÜRÜCÜLƏR İTİRİR
24 İYUN
311

Sığorta şirkətləri xərcdən boyun qaçırır - SÜRÜCÜLƏR İTİRİR

2016-06-24 13:44:00

“Audatex-Azərbaycan” şirkəti sığorta bazarında vahid metodologiya proqramını hazırlanaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib.

Fins.az xəbər verir ki, bunu “Audatex-Azərbaycan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə deyib. “Nəqliyyat vasitəsinə dəymiş zərər hesablandıqda ƏDV hesablanır, sığorta şirkətləri ƏDV ödəyicisi olmadığı üçün onlar üçün bu əlavə xərcdir. Servis mərkəzləri isə 18%-lik ƏDV ödəyirlər. Nəticədə nəqliyyat vasitəsinə dəymiş zərərin hesablanması zamanı müəyyən konflikt yaranır. Sığorta şirkətləri xərcdən qaçmaq üçün birbaşa nağd ödəniş edir”.

Belə olduqda isə müştərilər rəsmi servis deyil, pərakəndə şəkildə fəaliyyət göstərən ucuz servis mərkəzlərinin xidmətindən istifadə etmək məcburiyyətində qalırlar.

Z.Kərimzadə bu sahədə vahid metodologiyanın yaradılmasını təklif edib:

“Yəni sığorta şirkətləri, qiymətləndiricilər, servis mərkəzləri və hətta məhkəmə ekspertləri vahid metodologiyadan istifadə edir. Rusiya bu təcrübəni 2014-ci ildən bəri çox uğurla tətbiq edir. Hər bir sığorta iştirakçısı eyni metodologiya ilə avtomobili qiymətləndirir”.

Qeyd edək ki, hə min metodologiyaya görə maşınlara yürüyüşündən, istehsal ilindən asılı olaraq amortizasiya tətbiq olunur. Məsələn: 10 yaşlı avtomobil üçün amortizasiya 25% tətbiq olunur. Rəsmi distirbutordan alınan ehtiyat hissəsinin qiyməti çıxılır. Əgər yeni ehtiyat hissəsinin qiyməti 100 AZN-dirsə, onda müştəri 75 manata nisbətən köhnə hissə almağa müvəffəq olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275