SIĞORTA

“Türkiyədə sığorta şirkətləri 2.6 milyard dollar zərər edib”- MEHMET AKİF EROĞLU
24 İYUN
105

“Türkiyədə sığorta şirkətləri 2.6 milyard dollar zərər edib”- MEHMET AKİF EROĞLU

2016-06-24 11:18:00

Türkiyədə sığorta bazarında investisiyaların 72%-i xarici şirkətlərə məxsusdur. Fins.az xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin nümayəndəsi Mehmet Akif Eroğlu Beynəlxalq Slğorta Forumundakı çıxışında deyib.

Bildirib ki, ölkəsinin sığorta bazarının 12%-i həyat, 25%-i isə avtomobil sığortasının payına düşür.

"Hazırda Türkiyədə 20 milyon avtomobil var. 2014-cü ildə Türkiyədə  1 milyon 200 min avtomobil  qəzası baş verib və nəticədə 305 nəfər qəza yerindəcə həyatını itirib.”

M.A.Eroğlu əlavə edib ki, Türkiyə sığorta şirkətləri  MTPL-də (Motor Third Party Liability) son 10 il ərzində 2.6 mlrd dollar zərər edib.

Şirkətlərin zərərlə işləməsinin  səbəbləri

M.A.Eroğlu buna əsas səbəb kimi məhkəmə qərarını göstərib.

“Çünki məhkəmələr ölən və yaralanan şəxslər üçün böyük təzminat tələb edirdilər ki, bu da sığorta şirkətləri tərəfindən hesablanmamış zərərə gətirib çıxarırdı. Yəni qəza sürücü  ehtiyatsızlığı, hətta sürücünün içkili olması səbəbindən baş verərdisə belə, yenə də zərərin hamısını şirkət ödəməli idi”.

Lakin 2014-cü ildən sonra Sərbəst tarif sisteminin tətbiqi qəza sayında əhəmiyyətli azalmaya gətirib çıxardı. M.A.Eroğlu qeyd edib ki, sürücülər indi avtomobili daha ehtiyatla idarə edirlər ki, bu da qəzaların sayını nəzərə çarpacaq şəkildə azaldıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272