SIĞORTA

«Bizdə ən çox 6 sahə sığortalanır» - TARSİM RƏHBƏRİ
23 İYUN
425

«Bizdə ən çox 6 sahə sığortalanır» - TARSİM RƏHBƏRİ

2016-06-23 18:23:00

2016-cı ılin sonuna qədər Türkiyədə 2.2 mln ha kənd təsərrüfatı ərazisi tam sığortalanacaq. Fins.az-ın məlumatına görə, bu barədə Türkiyənin Tarsim aqrar sığorta sisteminin baş meneceri Yusuf Satoğlu Bakıda keçirilən Beynəlxalq Sığorta Formunda (AİİF 2016) çıxışı zamanı bildirib. 

Kənd təsərrüfatı sığortasında Türkiyə təcrübəsi və modellərindən danışan menecer bildirib ki, «2007-2015-ci illərdə hökumət kənd təsərrüfatı sisteminə 1 mlrd. 144 mln. dollar dəstək verib».

Kənd təsərrüfatı sığortasının ölkə üçün əhəmiyyətini göstərən ekspert qeyd edib ki, Türkiyədə əhalinin 23%-i kənd təsərrüfatı ilə məşğuldur, ölkədə 2,2 mln. fermer var. Kənd təsərrüfatı ixracı 16 mlrd. dollar təşkil edir. Ümumi kənd təsərrüfatı ərazisi 24 mln. ha təşkil edir və ölkədə 60 mln. malqara mövcuddur.

Ekspert hovuz sığorta sisteminin - risk menecmenti, davamlılıq baxımından önəmindən danışıb. Onun sözlərinə görə taxıl, meyvə-tərəvəz, malqara, qoyun-keçi, quşçuluq və arı təsərrüfatının sığortası Türkiyədə sığorta ayrılan əsas 6 sahədir.

2016-cı ılin sonuna qədər Türkiyədə 2.2 mln ha kənd təsərrüfatı ərazisi tam sığorta olunacaq. Kənd təsərrüfatı heyvanlarının 3%-i sığortalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275