SIĞORTA

"Qala Həyat"a rəhbər təyin olundu
03 İYUN
872

"Qala Həyat"a rəhbər təyin olundu

2016-06-03 15:44:00

"Qala Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən şəxs müəyyən edilib.

Fins.az şirkətin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Nicat Hüseynov təyinat alıb. N. Hüseynov 2008-ci ildən şirkətin İdarə Heyətinin üzvü, baş mühasibi kimi çalışıb.

Qeyd edək ki, N. Hüseynova qədər şirkətin İdarə Heyətinin sədri Əsgər Ələkbərov olub. O, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İçərişəhər" tarixi-memarlıq qoruğunun direktoru təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271