SIĞORTA

Endirimli sığorta dövrü bitdi - PALATADAN ŞİRKƏTLƏRƏ XƏBƏRDARLIQ
01 İYUN
2633

Endirimli sığorta dövrü bitdi - PALATADAN ŞİRKƏTLƏRƏ XƏBƏRDARLIQ

2016-06-01 15:28:00

Bundan sonra Azərbaycanın sığorta şirkətləri müştərilərinə icbari sığortanı endirimli sata bilməyəcəklər. Fins.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda sığorta şirkətlərinə icbari sığoptanın satışı zamanı endirim etməmək tapşırılır. Burada bildirir ki, sığpta şirkətlərinin istər icbari sığorta, istərsə də könüllü sığorta müqavilələri üzrə vasitəçilik xidmətinə görə verilən komisyon haqları icbari sığorta qanunvericiliyində və könüllü sığorta qaydalarında nəzərdə tutulmuş nisbətlərdən artıqdır.

Palata xəbərdarlıq edir ki, könüllü sığorta müqavilələri üzrə sığorta vasitəçiliyi xidmətinə görə verilən kamisyon muzdlar könüllü sığorta qaydaları ilə müəyyən olunmuş nisbətdən artıq ola bilməz.

«Diqqətinizə çatdırılır ki, «İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Həmçinin bildiririk ki, könüllü sığorta müqavilələri üzrə sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlar könüllü sığorta qaydaları ilə müəyyən olunmuş nisbətdən artıq ola bilməz»-deyə palatanın məktubunda bildirilir. Palata xəbərdarlıq edir ki, məsələ ilə bağlı hər hansı bir nöqsan aşkarlanarsa və həmin nöqsanlar aradan qaldırılmazs buna yol verən sığorta şirkətlərinə qarşı tədbirlər görüləcək: «Yuxarıda qeyd edilən nöqsanlardan hər hansı birinin Cəmiyyətinizdə olduğu və onun aradan qaldırılmadığı təqdirdə Cəmiyyətinizə qarşı təqdimat və sanksiyaların tətbiq olunacağı nəzərinizə çatdırılır»-deyə məktubda bildiriir.

Qeyd edək ki, sığorta şirkətlərinin müştəri toplamaq üçün sığorta haqlarında əsassız endirimləri sığorta bazarının əsas problemlərindəndir. Bəzən bu endirimlər bütün məntiqi hədləri ötür və nəticədə sığorta şirkətinə və onun müştərilərə ödəmələrinə mənfi təsirini göstərir. Məhz buna görə, həmin mövzu fins.az tərəfindən də dəfələrlə işıqlandırılıb. Bu mənada düşünmək olar ki, palatanın budəfəki xəbərdarlığı sığorta bazarında intizamın möhkəmlənməsinə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275