SIĞORTA

Gəncə Qənnadı Fabrikindən sığorta- AÇIQLAMASI
24 MAY 2016
322

Gəncə Qənnadı Fabrikindən sığorta- AÇIQLAMASI

2016-05-24 10:19:00

Mayın 23-də Gəncə Qənnadı Fabrikində yanğın baş verib. Yayılan məlumata görə, fabrikin anbarının 3-cü mərtəbəsində 50 kv.m sahədə plastik tullantıları yanıb. Fabrik rəhbəri Mahir Abdullayev isə fins.az-a bildirib ki, yanğın baş verən ərazi fabrikin anbarı deyil, tullantıların yığıldığı istifadəsiz köhnə binadır. Burada isə yanğın cəmi 5-6 kv.m-lik ərazini əhatə edib və dərhal da söndürülüb. Fabrik rəhbərinin sözlərinə görə, bununla belə yanğın rikslərini nəzərə alaraq Gəncə Qənnadı Fabrikinin sığortalanması planlaşdırılır: “Fabriki daşınmaz əmlakın icbari sığortası üzrə sığortalamağı planlaşdırıq. Artıq uyğun sığorta şirkəti seçilib. Sığorta haqqının hissəli ödənilməsi ilə bağlı “Azsığorta” şirkəti ilə razılığa gəlmişik. Qısa zamanda fabriki sığortalayacağıq”.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272