SIĞORTA

“Standard Insurance” müştərilərinə - XƏBƏRDARLIQ ETDİ
23 MAY
2314

“Standard Insurance” müştərilərinə - XƏBƏRDARLIQ ETDİ

2016-05-23 14:29:00

“Standard Insurance” sığorta şirkətinin bütün nümayəndələrinin, vasitəçilərinin, tərəfdaşlarının mövcüd və potensial müştərilərinə xəbərdarlıq ünvanlayıb. Fins.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir: 

İcbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı sığorta şirkətinin nümayəndəsi və ya sığorta vasitəçisi tərəfindən sığorta haqqına endirimlərinvə ya hədiyyələrin verilməsi, qanunsuz güzəştlərin təqdim olunması "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qəti qadağandır. 

Nəticədə şirkətin inzibati statusuna və nüfuzuna xələl yetirilə bilər, və müvafiq cərimələr və cəza tədbirləri həyata keçirilə bilər. 

Müştərilərdən xahiş olunur ki, gələcəkdə müvafiq sığorta ödənişinin problemsiz  alınması üçün, bu cür hallara yol verilməməsi, əldə olunmuş sığorta şəhadətnamələrinin dürüstlüyünün və sığortanın qanuni qüvvəyə minməsinin yoxlanılmasına ciddi nəzarət edərək, diqqət yetirsinlər. 

Sığorta müqaviləsinin qanuni qüvvəyə minməsini təsdiq edən amillər:

1. Sığorta haqqının 100%-nin tam ödənilməsi və ödənişi təsdiq edən müvafiq qəbzin əldə olunması;

2. Sığorta müqaviləsinin nömrəsi, sığorta haqqı və sığorta şirkətinin rekvizitləri əks olunan müvafiq məlumatın mobil telefona qısa mesajla daxil olması;

Təklif və şikayətlərin çatdırılması, istənilən məlumatın dəqiqləşdirib təsdiqlənməsi və digər bu cür məsələlər üçün şirkətdə xüsusi xidmət yaradılmışdır:

Tel: 012 930 daxili 444

Mail: 444@930.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272