SIĞORTA

Avtomobil güzgüsunə görə 7 min manatlıq ödəniş verildi
02 MAY
549

Avtomobil güzgüsunə görə 7 min manatlıq ödəniş verildi

2016-05-02 14:56:00

“AXA MBASK” sığorta şirkəti aprel ayında ən böyük sığorta ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, böyük sığorta ödənişlərinin hamısı  qəzalar zamanı ziyan dəyən avtomobillərə görə ödənilib. Kasko sığorta üzrə 4 avtomobilin təmir xərci sığorta şirkətinə 49 293 manata başa gəlib.

Sükan arxasında səhhəti pisləşdi -21 min manat ziyan

Aprel ayında ən böyük sığorta ödənişi qəzaya uğrayan “Volksvagen Karavella” avtomobilinə görə  verilib. Hadisə yanvar ayının 19-da Bakıda baş verib. Belə ki, səhhəti pisləşən şirkət sürücüsü avtomobili yolun kənarında saxlamağa çalışsa da,  bacarmayıb.  Onu əvvəlcə səkiyə sonra işıq dirəyinə vurub. Nəticədə avtomobilə xeyli ziyan dəyib. Avtomobilin təmirinə 21 min manat sığorta ödənişi verilib.

Çin maşını yandı -11 250 manat ödəniş

Kasko üzrə  böyük sığorta ödənişlərindən biri yanan avtomobilə görə ödənilib. Belə ki, aprel ayında Bakıda  “Ssanq Yonq Korando”  markalı avtomobil  tamamilə yanıb.  Sığorta şirkəti müştərisinə dəyən ziyan üzrə 11250 manat ödəniş edib.

Araməsafəsi saxlamadı – 9355 manat zərər

Digər  hadisədə isə  qayda pozuntusu qəzaya səbəb olub.  Belə ki, aprel ayının 9-da sığortalı “Lexus LX 57”  avtomobilinin sürücüsü qəza törədib. Düzgün araməsafəsi saxlamayan sürücü öndə gedən “”Range Rover” avtmobilini vurub. Nəticədə “Lexus LX 57” avtomobilinin ön hissəsi əzilib. Avtmobilin təmir xərci üzrə 9355 manat sığorta ödənişi verilib.

“Mc Laren Spider MP4”ün bir güzgüsünə 7688 manat ödədi

Sonuncu ödəniş nisbətən kiçik görünə bilər. Amma bu sığorta pulunun sadəcə avtomobilin bir güzgüsünə görə ödənildiyi biləndə vəziyyət dəyişir.Söhbət aprel ayında Bakıda ziyan dəyən 260 min manatlıq “Mc Laren Spider MP4” avtomobilindən gedir. Sürücünün ehtiyyatsızlığı avtomobilin sağ güzgüsünün qırılması ilə nəticələnib. Amma bu güzgü sığorta şirkətinə baha başa gəlib. Belə ki, “AXA MBASK” bu avtomobilin sadəcə bir güzgüsünün  yenisi ilə əvəzlənməsi və təmir xərcinə görə 7688 manat ödəyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275