SIĞORTA

Azərbaycanda evini sığortalayanlar azalır
02 MAY
218

Azərbaycanda evini sığortalayanlar azalır

2016-05-02 11:08:00

Azərbaycanda daşınmaz əmlaklarını icbari qaydada sığortalayanlar azalıb. Bunu İcbari Sığorta Bürosunun yaydığı son statistika göstərir. Bürodan fins.az-a verilən məlumata görə, bu ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 sığorta müqaviləsi bağlanılıb. Bu sığorta növü üzrə toplanan yığımların həcmi isə 1,2 milyon manatdan çox olub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60,1%-i yaşayış evləri və mənzillər, 0,5% -i inzibati binalar, 39,4%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 37,1%, sığorta haqlarının məbləği isə 19,4% faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272