SIĞORTA

Avtomobillərini sığortalayanlar artır
02 MAY 2016
451

Avtomobillərini sığortalayanlar artır

2016-05-02 10:46:00

Azərbaycanda icbari qaydada sığortalanan avtmobillərin sayı artır. İcbari Sığorta Bürosundan fins.az-a verilən məlumata görə,ötən ayda bu sığorta üzrə 109 121 avtomobil sığortalanıb. Bürodan verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan avtmobillərin sayı 2,7%, sığorta haqlarının məbləği isə 5,8% artıb. İcbari sığortalanan avtmobillərin 10 147-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycandan tranzitlə keçən avtomobillərdir. 2016-cı ilin aprel ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8,4 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288