SIĞORTA

Ev heyvanlarının sığortası niyə sərfəli deyil? – EKSPERT RƏYİ
29 APREL
350

Ev heyvanlarının sığortası niyə sərfəli deyil? – EKSPERT RƏYİ

2016-04-29 19:38:00

Bu ilin 1-ci rübündə “Alfa Sığorta” şirkətinin həyata keçirdiyi ödənişlərin 29%-i xaricdən idxal edilən cins damazlıq heyvanlarla bağlı olub. Şirkətdən fins.az-a verilən məlumata görə, bununla bağlı sığorta ödənişi Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə verilib.

“Alfa Sığorta”da aqrar sahə üzrə ekspert kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis Sabir Süleymanov heyvanlara görə ödənişin çox olmasını təbii sayır. Onun fikrincə, dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş və “Aqrolizinq”in lizinqə verdiyi damazlıq heyvanların saxlanılması, bəslənməsi, yetişdirilməsi istiqamətində sahibkarlar ciddi pozuntulara yol verir. Bunun nəticəsidir ki, heyvanlar qısa müddətdə xəstələnir, tələf olur və ya çıxdaş olunurlar. Belə ki, keçirilmiş çoxsaylı monitorinqlər onu göstərir ki, bir çox təsərrüfatlarda  sahibkarlar lizinq və sığorta müqavilələrinin şərtlərini pozmaqla yanaşı mal-qaranın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət etmirlər.

Ekspert problemlərin həlli istiqamətində aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini tövsiyyə edir:

- mal-qara saxlanılan tövlələr zoobaytar tələblərə tam cavab verməlidir;

- təsərrüfatın yem bazası yaradılaraq, mal-qara rasiona uyğun yemləndirilməlidir;

- damazlıq heyvanların saxlanılması və onlara qulluq göstərilməsi üçün müfaviq hazırlıq keçmiş işçi heyəti olmalıdır;

- mütəmadi olaraq heyvanların ümumi vəziyyətinə kliniki baxış keçirilməlidir;

- heyvanlara gündəlik fəal gəzinti təşkil edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270