SIĞORTA

Kreditlərin dayanması sığorta şirkətini vurdu – HESABAT
25 APREL
496

Kreditlərin dayanması sığorta şirkətini vurdu – HESABAT

2016-04-25 12:41:00

“Başak İnam Sığorta” şirkəti bu ilin ilk rübünün nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, 3 ay ərzində sığorta yığımlarının ümumi həcmi 209 303 manat olub.

Yığımları 1,9 dəfə, ödənişləri 2,2 dəfə azalıb

Sığorta şirkətinin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə azalıb. Sığorta yığımları ilə yanaşı “Başak İnam”ın ödənişləri də azalıb. 2016-cı ilin birinci rübündə ödənişlər 2,2 dəfə azalaraq 56 623 manat olub. Sığorta ödənişlərinin əsas hissəsini avtomobilin könüllü sığortası ilə bağlı olub. Belə ki, 11 avtomobilin kasko sığortası üzrə 54 323 manat sığorta ödənişi verilib.

Eləcə də bax: "Regionlarda bir manata sığorta satacağıq"

Bir avtomobilin təmiri sığorta şirkətinə 4938 manata başa gəlib. Sığorta şirkəti bundan əlavə kredit sığortası üzrə 2055 manat, sığorta haqqı toplanılmayan tibbi sığorta üzrə 154 manat, əmlakın yanğından və digər risklərdən sığortasına görə isə 90 manat ödəniş edib.

“Kreditlərin dayanması işimizi çətinləşdirib”

Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, həm yığımların həm də ödənişlərin azalması sığorta portfelinin kiçilməsi ilə bağlıdır. Belə ki, bankların avtomobil və digər kreditləri dayandırması şirkətin əsas satışlar həyata keçirdiyi kasko və kredit sığortasında azalmaya səbəb olub.

Eləcə də bax: Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir? - PROBLEM VAR

“Başak İnam”dan bildirirlər ki, digər tərəfdən ipoteka kreditlərinin sığortasını artıq həyat sığorta şirkətləri həyata keçirir. Bu da şirkətin portfelinin kiçilməsinə təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274