SIĞORTA

Xaricə gedənlərin nəzərinə! - ONLAYN SƏYAHƏT SIĞORTASI
14 APREL
377

Xaricə gedənlərin nəzərinə! - ONLAYN SƏYAHƏT SIĞORTASI

2016-04-14 12:27:00

Azərbaycanda səyahət sığortasını elektron qaydada almaq olacaq. Fins.az-ın məlumatına görə, “Beynəlxalq Sığorta” şirkəti səyahət sığortasının elektron satışına başlayıb. Şirkətin biznesin inkişafı departamentinin rəhbəri Məmməd Həmidov bildirib ki, Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində xarici ölkələrə gedənlər səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən,bir neçə saniyə ərzində əldə edə bilərlər.

Səyahət sığortasının elektron satışı “Beynəlxalq Sığorta”nın saytı vasitəsilə həyata keçirilir.Günün 24 saatı və həftənin 7 günü ərzində internet səhifəsinə daxil olub,lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri əvvəlcə internet səhifəsində təqdim olunan formanı doldurur. Hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Bundan sonra müştəri sığorta şəhadətnamənisi elektron qaydada ya da çap edərək tələb olunan yerə təqdim edə bilərlər. M.Həmidovun sözlərinə görə, sistemin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin şirkətin əməkdaşları ilə təmasda olmasına artıq ehtiyac qalmır.

Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272