SIĞORTA

Telefonunu sığortalayanlar 30% azalıb - SIĞORTA ŞİRKƏTİ
12 APREL
295

Telefonunu sığortalayanlar 30% azalıb - SIĞORTA ŞİRKƏTİ

2016-04-12 12:40:00

Yeni ildən başlayaraq digər sığorta növlərində ilə yanaşı telefonların sığortasında azalma müşahidə olunur. Bu barədə fins.az-a “Buta Sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Elçin Əliyev bildirib. Onun sözlərinə görə, manatın ucuzlaşmasından sonra telefon satışı şərtlərinin nisbətən sərtləşdirilməsi və yeni telefonların bahalaşması telefon satışlarının azalmasına gətirib çıxarıb.

Məsələn, əvvəllər telefonlar heç bir arayış tələb edilmədən satılırdısa, hazırda bunun üçün iş yerindən arayış tələb edilir. Yeni telefonların satışında azalma elektron cihazların və məişət avadanlıqlarının sığortasını həyata keçirən “Buta Sığorta” şirkətinə də təsir edib. Belə ki, telefonların sığortası yeni telefon satışlarının həcmindən aslı olaraq dəyişir. Məsələn, son dövrdə telefonların sığortasında 30 %-dək azalma müşahidə olunur.

E.Əliyev bildirib ki, telefonların sığortas ilə bağlı portfelin kiçilməsi sığorta hadisələrinin sayına və ödənişlərin məbləğinə də təsir göstərib. Belə ki, həm hadisələrin sayı, həm də ödənişlərin məbləği 2 dəfə azalıb. Məsələn, yanvar ayında 99 telefon və digər elektron cihazlarla bağlı 12 883 manat sığorta ödənişi verilibsə, mart ayında bu rəqəm 49 hadisə üzrə 6031 manat təşkil edib. Departament rəhbərinin sözlərinə görə, elektron cihaz və məişət avadanlıqlarının sığortası ilə bağlı hadisələrin 90 %-i smartfonlarla bağlı olur.

10 %-i isə məişət avadanlıqları, xüsusilə də televizorlarla bağlı ödənilir. Telefonlar əsasən əldən düşərək, cibdə sıxılaraq, üzərinə su tökülmə nəticəsində və yaxud qısaqapnmadan sıradan çıxır. Televizorlar isə toxunma nəticəsində ya aşaraq sınır, ya da ekranı zədələnir: “Məsələn, mart ayında Bakıda belə bir sığorta hadisəsi olub. Uşaq “Samsung” televizorunu yerə salıb. Nəticədə sınan televizora görə 674 manat sığorta ödənişi verildi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275