SƏNƏDLƏR

Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edib
12 SENTYABR
134

Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edib

2019-09-12 16:15:00

Azərbaycanın Baş Naziri Novruz Məmmədov gürcüstanlı həmkarını təbrik edib. 

Nazirlər Kabientindən Fins.az verilən məlumata görə, N.Məmmədov Gürcüstanın Baş Naziri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Bundan sonra hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyini irəli sürüb. Sentyabrın 3-də Gürcüstan parlamenti G.Qaxariyanın namizədliyini təsdiqləyib. 

Sentyabrın 9-da isə Gürcüstan Prezidenti Salome Zurabişvili G.Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır