SƏNƏDLƏR

Azərbaycanda borcla əlaqədar icra qeydinin aparılması proseduru dəyişib
03 İYUL
127

Azərbaycanda borcla əlaqədar icra qeydinin aparılması proseduru dəyişib

2019-07-03 09:52:00

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

Fins.az-ın məlumatına görə, dəyişiklik icra qeydinin aparıldığı hallarla əlaqədardır.

İndiyə qədər əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, icra qeydi aparılıb. Dəyişikliyə əsasən, bundan sonra icra qeydinin aparılması üçün təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiqləməsi yetərli olacaq. İcra qeydi aparılması üçün təqdim olunan sənədlərin borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiqləməsi tələbi Təlimatdan çıxarılıb.

İndiyə qədər icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanıb. Dəyişikliyə əsasən, bu müddət da ləğv olunub.

Beləliklə, bu dəyişikliklərdən sonra İcra qeydi aşağıdakı hallarda aparılacaq:

1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə;

2) tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271