SƏNƏDLƏR

Baş nazir “Yol hərəkəti haqqında” əmr verdi
18 İYUN
329

Baş nazir “Yol hərəkəti haqqında” əmr verdi

2019-06-18 15:48:00
№ 270  Bakı şəhəri, 13 iyun 2019-cu il
 
“Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 mart tarixli 580 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8, maddə 961; 2016, № 9, maddə 1554; 2017, № 8, maddə 1600; 2018, № 5, maddə 1105, № 10, maddə 2146, № 11, maddə 2440; 2019, № 3, maddə 512) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın 1.15-ci bəndinin “Qeyd”indən “Nəqliyyat Nazirliyi,” sözləri çıxarılsın. 
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır