SƏNƏDLƏR

Baş nazirdən mühüm qərar
10 İYUN
156

Baş nazirdən mühüm qərar

2019-06-10 15:26:00
№ 256  Bakı şəhəri, 4 iyun 2019-cu il

“İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 152 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 152 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 579; 2010, № 5, maddə 476; 2012, № 8, maddə 821) 1-ci hissəsində “400” rəqəmləri “700” rəqəmləri ilə əvəz edilsin.

Novruz Məmmədov 

Azərbaycan Respublikasının Baş Naziri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272