SƏNƏDLƏR

Novruz Məmmədov əmr verdi
07 İYUN
283

Novruz Məmmədov əmr verdi

2019-06-07 12:30:00

№ 252    Bakı şəhəri, 3 iyun 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini  başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 21 yanvar tarixli 12 nömrəli və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 58; 2013, № 5, maddə 568; 2016, № 6, maddə 1199, № 12, maddə 2216; 2017,  № 4, maddə 664; 2018, № 12 (II kitab), maddə 2738) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.2-ci bəndindən “, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 169 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın 1.11-ci bəndindən “və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan” sözləri çıxarılsın.

Novruz MƏMMƏDOV 

Azərbaycan Respublikasının Baş Naziri

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272