SƏNƏDLƏR

Nazir bu haqda qərar verdi
06 MART
267

Nazir bu haqda qərar verdi

2019-03-06 10:48:00

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1220-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 207 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq

 

qərara alıram:

 

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.6-cı bəndin ikinci cümləsi çıxarılsın.

1.2. 4.8-ci bənddə “(14 nömrəli Əlavə)” sözlərindən sonra vergül işarəsi “və” sözü ilə əvəz edilsin və həmin bənddən “və texniki baxış talonu blanklarının (16 nömrəli Əlavə)” sözləri çıxarılsın.

1.3. 4.9-cu və 4.10-cu bəndlərdən “və texniki baxış talonu” sözləri çıxarılsın.

1.4. Həmin Təlimata 16 nömrəli Əlavə ləğv edilsin.

1.5. Həmin Təlimata 17 nömrəli Əlavə üzrə:

1.5.1. adından “VƏ TEXNİKİ BAXIŞ TALONU” sözləri çıxarılsın;

1.5.2. “Texniki baxış talonu (seriya və nömrədən- seriya və nömrəyədək, ədədlə, miqdarı)” sütunu ləğv edilsin.

2. Hüquq idarəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Mehriban Səadətxan) qərarın surətinin Nazirliyin müvafiq struktur bölmələrinə çatdırılmasını təmin etsin.

 

 

Nazir                                                                                               Kəmaləddin Heydərov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264