SƏNƏDLƏR

Azərbaycanda bu qanun dəyişdi
28 DEKABR 2018
319

Azərbaycanda bu qanun dəyişdi

2018-12-28 12:58:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini təsdiqlənib. Fins.az xəbər verir ki, layihə mobil cihazların qeydiyyatına görə, ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256