SƏNƏDLƏR

Daha bir qanunda dəyişiklik ediləcək
25 DEKABR 2018
215

Daha bir qanunda dəyişiklik ediləcək

2018-12-25 13:18:00

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Fins.az-ın məlumatına görə, layihə mobil cihazların qeydiyyatına görə, ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256