SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
03 DEKABR
119

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2018-12-03 10:22:00
“Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nın təsdiq edilməsi haqqında
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının

(icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində

olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə)

F O R M A S I

1. İqtisadi əsaslandırılmanı təqdim edən subyekt barədə məlumat

1.1. Hüquqi statusu (fiziki və ya hüquqi şəxs) __________________

1.1.1. hüquqi şəxsin tam adı, hüquqi və faktiki ünvanı, əlaqə vasitəsi_____________________________________________________ 

1.1.2. fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə vasitəsi ______________________________________________________

1.2. Nəzərdə tutulan təsərrüfat fəaliyyəti üzrə mövcud maddi və texniki imkanları _________________________________________

2. İcarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə məlumat

2.1. Torpaq sahəsinin yerləşdiyi ərazi (inzibati ərazi vahidi)________ ______________________________________________________

 

2.2. Kənd təsərrüfatı yeri (uqodiya) __________________________

 

2.3. Torpaq sahəsinin ölçüsü (hektar) ________________________

2.4. İcarə müddəti (il)_____________________________________

2.5. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti (istifadəsiz və ya qanuni istifadədə olması)__________________________________

2.6. Otlaq (örüş) sahəsinin tutumunun heyvanların baş sayına uyğunluğu  _____________________________________________

2.7. Torpaq sahəsinin su ilə təmin olunma vəziyyəti __________________________________________________________________

2.8. Otlaq sahəsində yerləşən müvafiq tikili və obyektlərin adı, sayı və mövcud istifadəyə yararlılıq vəziyyəti __________________________________________________________________________ 

2.9. Kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün quraşdırılacaq vacib kommunikasiyalar, müvəqqəti tikililər və qurğular ______________________________________________________________

3. Təsərrüfat fəaliyyətinin istiqamətləri barədə məlumat

3.1. Bitkiçilik ____________________________________________

3.1.1. yetişdirilməsi nəzərdə tutulan kənd təsərrüfatı məhsulları_________________________________________________________

3.2. Heyvandarlıq _______________________________________

3.2.1. istehsal olunması nəzərdə tutulan heyvandarlıq məhsulları ______________________________________________________

4. Təsərrüfat fəaliyyəti nəticəsində əldə edilməsi proqnozlaşdırılan məhsuldarlıq göstəriciləri barədə məlumat

4.1. Məhsulun illik istehsal həcmi (ton) _______________________

4.2. Heyvanların baş sayından əldə olunacaq artım (baş)_________ ______________________________________________________

4.3. Heyvanların baş sayına görə artımla bağlı əlavə otlaq sahəsinə tələbat (hektar)  _________________________________________

        M.Y.              

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255