SƏNƏDLƏR

“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” - QƏRAR
23 NOYABR
261

“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” - QƏRAR

2018-11-23 09:45:00

 Bakı şəhəri, 21 noyabr 2018-ci il “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982- VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanının və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 7 may tarixli 42 nömrəli 2 Fərmanının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1126) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın” sözləri “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın” sözləri ilə əvəz edilsin;

1.2. preambulaya “yarımbəndinin” sözündən sonra “və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanının 1.2-ci bəndinin” sözləri əlavə edilsin; 1.3. mətn hissəsi aşağıdakı redaksiyada verilsin: “1. “Tikinti obyektinin istismarına icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).”; 1.4. aşağıdakı məzmunda 2-ci, 3-cü və 4-cü hissələr əlavə edilsin: “2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (2 nömrəli əlavə). 3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Tikinti obyektinin istismarına icazə”nin forması reklam qurğuları istisna olmaqla digər tikinti obyektlərinə şamil edilir. 4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”; 1.5. həmin Qərarla təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazə” üzrə: 3 1.5.1. yuxarı sağ küncə “təsdiq edilmişdir” sözlərindən sonra “1 nömrəli əlavə” sözləri əlavə edilsin; 1.5.2. “İCAZƏ № ___” sözləri “İCAZƏ” sözü ilə əvəz edilsin; 1.5.3. “Tarix” sözü “№___ Tarix _______” sözləri ilə əvəz edilsin; 1.5.4. “Tikinti obyektinin istismarına icazə verən orqanın” sözlərindən sonra “(qurumun)” sözü əlavə edilsin; 1.5.5. “İcra Hakimiyyətinin başçısı” sözləri “Tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) rəhbəri” sözləri ilə əvəz edilsin.”. 2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (əlavə olunur).”. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255