SƏNƏDLƏR

Bu xidmətə görə vahid məbləğ müəyyən edilib
15 OKTYABR
302

Bu xidmətə görə vahid məbləğ müəyyən edilib

2018-10-15 11:21:00

Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləği müəyyən edilib.

Fins.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləği kəmiyyət vahidinin ötürülməsinə sərf olunan vaxtın 1 (bir) saatı üçün müvafiq olaraq 16 manat məbləğində müəyyən edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədi ilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin etməlidir.

 Eləcə də bax:Milli valyutanın ölkədən çıxarılması və gətirilməsinin bəyan edilməsinə dair QAYDA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251