SƏNƏDLƏR

Məcburi dövlət sosial sığortası üzrə ödəmələr və müavinətlərlə bağlı qaydalar dəyişdi
05 SENTYABR
127

Məcburi dövlət sosial sığortası üzrə ödəmələr və müavinətlərlə bağlı qaydalar dəyişdi

2018-09-05 10:21:00

Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Fiins.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, bu vəsaitlərin ilin sonuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən istifadə olunmayan hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253