SƏNƏDLƏR

Dövlət Reklam Agentliyinin Nizamnaməsi təsdiqlənib
01 AVQUST
234

Dövlət Reklam Agentliyinin Nizamnaməsi təsdiqlənib

2017-08-01 10:15:00

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılmaqla 10 min manat məbləğində müəyyənləşdirilir. Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Fərmana əsasən agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb.

Nizamnamədə agentliyin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları, qurumun idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, onun ləğvi və yenidən təşkili kimi məsələlər əksini tapıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294