KƏND TƏSƏRRÜFATI

Bal yarmarkasında iştirak etmək üçün qaydalar
12 SENTYABR
80

Bal yarmarkasında iştirak etmək üçün qaydalar

2019-09-12 11:43:00

Sentyabrın 28-dən oktyabrın18-ə qədər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydaları açıqlayıb. Qaydalara görə, yarmarkada iştirakçı sayı hər rayondan maksimum 40 nəfər ola bilər.

İştirakçılar növbəli şəkildə seçiləcək. Arıçılar yarmarkada iştirak etmək üçün minimum 20 arı ailəsinə sahib olmalıdır. Arıçılar yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır