KƏND TƏSƏRRÜFATI

Ağdamda 9765 hektarda şum qaldırılıb, 493 hektarda təkrar əkin aparılıb
11 SENTYABR
83

Ağdamda 9765 hektarda şum qaldırılıb, 493 hektarda təkrar əkin aparılıb

2019-09-11 15:38:00

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri davam edir.

Rayon Statistika İdarəsindən bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 55 min 530 ton taxıl, 144 ton dən üçün qarğıdalı, 12 ton günəbaxan, 6025 ton kartof, 70 min 448 ton tərəvəz, 2905 ton bostan məhsulları, 380,5 ton şəkər çuğunduru istehsal ediblər. Hazırda rayonda tərəvəz, bostan, şəkər çuğunduru və meyvə yığımı davam etdirilir, pambıq yığımına hazırlıq işləri aparılır.

Rayonda məhsul yığımı ilə yanaşı, digər tarla işləri də həyata keçirilir. Belə ki, torpaqdan səmərəli istifadə edən fermerlər 9765 hektar sahədə şum qaldıraraq, 345 hektara yaşıl yem üçün xəsil əkib, 493 hektarda təkrar əkin aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır