KƏND TƏSƏRRÜFATI

Gilas və albalı ixracından təxminən 30 milyon dollar gəlir əldə edilib
30 AVQUST
121

Gilas və albalı ixracından təxminən 30 milyon dollar gəlir əldə edilib

2019-08-30 12:57:00

Bu ilin birinci yarısında təqribən Azərbaycanın ixrac etdiyi meyvə və giləmeyvə arasında albalı və gilas 30 milyon dollarlıq göstərici ilə liderlik edib. Keçən il fındıq liderlik edirdi.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin altı ayında 18 min 735 ton gilas və albalı ixrac olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur. Malların əsas hissəsi Rusiyaya çatdırılıb – 18 min 681 ton. Xaricdə malın 1 tonu orta hesabla 1 590 dollara satılıb. Bu, keçən ilə nisbətən 9 dollar ucuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır