KƏND TƏSƏRRÜFATI

Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 AVQUST
175

Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

2019-08-23 16:52:00

Beyləqan rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, pambıq əkini aparılmış 20 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 60-a yaxın fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı AsifAğayevqeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Beyləqanın kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişfı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Məhz həyata keçirilən tədbirlər nəticəsində bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 13% artıb. Bitkiçilik sektorundaartım 25,6%, heyvandarlıq sahəsində 2,9% təşkil edib”.

Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü qeyd edib.

Nazir builki pambıq yığımıprosesinə hazırlıq və qarşıda duran vəzifələr,pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıq yığımına hazırlığın təşkili”, “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov“Pambıqçılıqda texniki təminatın təşkili”, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev “Pambıq əkinlərində suvarmanın mövcud vəziyyəti”, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə və “Az-Agro” MMC-nin direktoru Vahid Hüseynov “Pambıqçılğın inkişafı ilə bağlı görülmüş işlər, yığıma hazırlıq” mövzularında məruzə ilə çıxış ediblər.

Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika ilə təminat, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Tədbir çərçivəsində müşavirə iştirakçıları Beyləqan rayonunda Türk texnologiyası əsasında pambıq əkilən sahəyə baxışkeçirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır