KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz artıb
23 AVQUST
144

Kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz artıb

2019-08-23 15:40:00

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib ki, onun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır