KƏND TƏSƏRRÜFATI

FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək
22 İYUL
126

FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək

2019-07-22 12:30:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda fındıqçılıqla bağlı layihə həyata keçirə bilər.

Fins.az xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Kaan Evren Başaran deyib.

Onun sözlərinə görə, layihənin icrasına bu ilin sentyabr ayında başlanılması gözlənilir.

“Layihənin dəyəri 1,3 milyon ABŞ dollarıdır. Bu vəsaiti FAO-nun Azərbaycan hökuməti ilə birgə yaratdığı Tərəfdaşlıq Fondu ayıracaq. FAO fermerlərə fındıqçılıqda pestisidlərə alternativ olaraq təbii yolla mübarizə üsullarından istifadə etməyi təklif edir”, - deyə o, qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır