KƏND TƏSƏRRÜFATI

Assosiasiya: Bu il taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən az ola bilər
09 İYUL
82

Assosiasiya: Bu il taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən az ola bilər

2019-07-09 17:23:00

“Bu il Azərbaycanda taxıl biçini üzrə məhsuldarlıq ötən ilə nisbətən az ola bilər”.

Bunu açıqlamasında Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov bildirib.

O, fikrini havaların quraq keçməsi ilə izah edib: "Hələ ki, ölkədə taxıl biçini başa çatmayıb. Amma vəziyyət göstərir ki, quraqlıq məhsuldarlığa mənfi təsir edib". 

T.Qasımov onu da deyib ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyətinin Rusiya və Qazaxıstandakı analoqları ilə müqayisədə aşağı olmasına təbii baxmaq lazımdır: "Taxılın keyfiyyəti iqlim şəraitindən aslı olaraq hər il dəyişir. Azərbaycanda torpağın münbitliyi Rusiya və Qazaxıstan kimi yüksək səviyyədə deyil. Məsələn, Rusiyada qara torpaqdır, amma bizdə şoran ərazilərdir. Odur ki, bizdə taxılın keyfiyyəti Rusiya və Qazaxıstandakı kimi ola bilməz”.

Xatırladaq ki, Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb və orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269