KƏND TƏSƏRRÜFATI

Yevlaxda taxıl biçini başa çatıb
04 İYUL
68

Yevlaxda taxıl biçini başa çatıb

2019-07-04 12:22:00

Yevlax rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini uğurla başa çatdırıblar.

Yevlax Şəhər İcra Hakimiyyətindən bildirilib ki, zəmilərdən 37 min 427 ton məhsul əldə edilib. Məhsulun 22 min 941,9 tonu buğda, 14 min 485,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 31,95 sentner, o cümlədən buğda sahələrində 34,6 sentner, arpa zəmilərində isə 28,5 sentner olub.

Qeyd edək ki, Yevlax rayonunda cari ilin məhsulu üçün 11 min 713,1 hektarda taxıl, o cümlədən 6 min 630,6 hektarda buğda, 5 min 82,5 hektarda arpa becəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027