KƏND TƏSƏRRÜFATI

Saatlıda 13 min hektardan çox sahədə pambıq əkilib
14 MAY
59

Saatlıda 13 min hektardan çox sahədə pambıq əkilib

2019-05-14 13:22:00

Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox 34 min 439 ton xam pambıq istehsal edən saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək əhval-ruhiyyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu mövsüm Saatlıda 13 min 734 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 475 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpin aparılan sahələrin 4 min 684,7 hektarı “MKT” MMC-yə, 3 min 300 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ” MMC-yə, 1250 hektarı isə “P-Aqro”ya məxsusdur. Rayonun Azada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu ildə pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək səpini rayonda birinci başa çatdırıblar. Qeyd edək ki, bu il Saatlıda 26 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264