KƏND TƏSƏRRÜFATI

Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər
08 MAY
221

Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər

2019-05-08 12:04:00

Beş min illik tarixə malik baramaçılıq bu gün də dünyanın ən gəlirli təsərrüfat sahələrindən biridir.

Sovet dövründə ipəkçilik sənayesinin əsas mərkəzi olan ölkəmizdə, hazırda bu sahənin vəziyyəti elədə ürək açan deyil. Onun üçün uzun karvan yolları salındı — Böyük İpək Yolu. Eramızdan əvvəl 2600-cü illərdə ipəkqurdunu bəsləməyə başlayan, ipək parçaları istehsal etməyin yollarını tapan çinlilər, bu dəyərli parçaları dünyaya satmağa başladılar. 2 ay qısa ömür sürən ipəkqurdunun bir baramasından 1000-1500 metr uzunluğunda sap əldə edilir. İpəkqurdunun tut yarpağı yediyi və inkişaf etdiyi dövr 1 yaş ərəfəsidir.

1-3 yaş dövrünə gənc ipəkqurdu dövrü, 4-5 yaş dövrünə də yetişkin ipəkqurdu dövrü deyilir. 1 yaşında 45 milliqram olan ipəkqurdu, 5 yaşın sonunda ağırlığı 4,5 qrama çatır. Barama dövründə ipəkqurdu 4 dəfə dəri dəyişdirir. İpəkqurdu dəri dəyişdirərkən tut yarpağı yemədən, ən az 24 saat hərəkətsiz qalır. Bu dövrə yuxu dövrü də deyilir. Bu dövrəni tamamlayan barama qurdu yeni bir yaşa girərək yarpaq yeməyə başlayır. “İpək ilahəsi” İpəyin çox maraqlı bir tarixi var. İpəkqurdunun ana vətəni Çindir. Rəvayətə görə, eramızdan əvvəl 2600-cü illərdə Çin imperatoru Hoanq-Ti zamanında sarayın bağçasında bir qurdun tut yarpağı yediyi və sonra da barama hördüyü müşahidə edilir. Bu vəziyyət imperatorun diqqətini çəkir və bu qurdun həyatının daha yaxından araşdırılmasını əmr edir.

Bu vəzifəni həyat yoldaşı kraliça She-Linq-Sheyə verir. Kraliça uzun müddət apardığı araşdırmalardan sonra baramadan ipək düzəldilə biləcəyini və bunun da toxuculuqda istifadə edilə biləcəyini təsbit edir. Buna görə də ipəkçilik tarixində She-Ling-She bir “İpək ilahəsi” olaraq bilinir. Çində geniş yayılmış baramaçılıqla yüz illər boyu gizli şəkildə məşğul olunub. Baramaçılıq ölkənin məşhurlaşmasında və böyük gəlirlərin əldə edilməsində mühüm rol oynayıb. Çində bu dəyərli xəzinəni itirməmək üçün yüz illər boyunca kəskin qanunlar tətbiq edilib. Bu sənətin ölkə xaricinə çıxmasına göz yumanlar, ya da buna kömək edənlər bir vaxtlar ölümlə cəzalandırılıb.

Hələ də dünyadakı ipək istehsalının yarısından çoxu Çinin payına düşür. Azərbaycanda 2000 illik məşğuliyyət Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkələrindən biri kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik istehsalı çox inkişaf edib. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olub. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar. 20 min insan üçün iş yeri və 40 günə hazır məhsul “Sovet dövründə Azərbaycan barama istehsalına görə Özbəkistandan sonra ikinci yerdə idi. Amma keyfiyyətinə görə birinci yeri tuturdu. 1960-70-ci illər arasında Azərbaycanda hər il təxminən 7800 ton barama istehsal olunub. 1982-ci ildə 6 min ton olub. 2000-ci ildə istehsal 57 tona düşüb.

2014-cü ildə bu rəqəm 10 ton olub”. Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün imkanlar var, amma bu uzun zaman alacaq. Çünki, Sovet vaxtı Azərbaycanda təxminən 15-16 rayonda geniş tut bağları var idi. İpəkqurdunun əsas qidası budur. İndi tut bağları ləğv olub, yerinə başqa əkin sahələri salınıb. Əvvəlcə o tut bağlarının yenidən salınması lazımdır. Bu da məhsul, yarpaq verənə qədər 3-4 il çəkir. Azərbaycanda Şəki Regional İpəkçilik Mərkəzi var. Onun laboratoriyasında yerli məhsuldar cinslər indi də yetişdirilir.

Bunun geniş tətbiqi lazımdır. Azərbaycanın bu sahədə təcrübəsi var. O vaxt bu sahədə çalışan insanların yaşı bu gün təxminən 55-60-ın üstündə də olsa, yenə o sahəni bilirlər. O mütəxəssislərdən istifadə etmək imkanlarımız var. Baramaçılıq Azərbaycan üçün gəlirli sahədir, 1966-cı ildə Şəkidə İpəkçilik Stansiyası yaradılıb. Bu, 300 tonluq damazlıq barama istehsal edirdi. İndiki dövrdə onun dirçəldilməsi üçün müəyyən təşəbbüslər var. Azərbaycanda əgər Şəki İpək Kombinatı yenidən fəaliyyətə başlayarsa, bu, təxminən ən azından 15-20 min insan üçün yeni iş yerinin açılması demək olacaq. Baramaçılığın üstün cəhəti odur ki, bu sahə ilə məşğul olanlar, təxminən 40 gün içərisində hazır məhsul əldə edirlər. Sonra bundan başqa sahələrdə istifadə edə bilirlər. Gəncə Aqrobiznes Assosiasiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262