KƏND TƏSƏRRÜFATI

İnam Kərimov: "Azərbaycan - Bolqarıstan münasibətləri strateji xarakter daşıyır"
06 MART
94

İnam Kərimov: "Azərbaycan - Bolqarıstan münasibətləri strateji xarakter daşıyır"

2019-03-06 10:04:00

 Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır.

Fins.az xəbər verir ki, bunu Bolqarıstanın Milli Gününə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Ölkələrimiz arasında diplomatik münasibətlər qurulduğu 27 il ərzində əməkdaşlığımız artan sürətlə inkişaf edib. Bu münasibətlərin gücləndirilməsinə böyük əhəmiyyət verən Azərbaycan əməkdaşlığı daha da genişləndirmək üçün böyük potensial görür. Hər iki ölkənin prezidentlərinin məqsədyönlü siyasəti nəticəsində münasibətlərimiz daha da inkişaf edir”, - deyən nazir bu günədək iki ölkə arasında 55 sənədin imzalandığını da diqqətə çatdırıb.

Həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən İ.Kərimov sazişin icrasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

1999-cu ildə yaradılan birgə əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində də əməkdaşlığın inkişaf etdiyini deyən nazir həmçinin enerji sahəsindəki əməkdaşlığın genişlənməsi baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini dilə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264