KƏND TƏSƏRRÜFATI

Azərbaycan sovet texnologiyası ilə hazırladığı dondurmaları xaricə satır
01 FEVRAL
295

Azərbaycan sovet texnologiyası ilə hazırladığı dondurmaları xaricə satır

2019-02-01 16:19:00

Azərbaycan İraqa dondurma ixracına başlayıb. Fins.az- xəbər verir ki, bu barədə Modern.az-a “AER Company Group” MMC-nin təsisçisi Adil Şərifov bildirib.

A.Şərifov bildirib ki, dondurmalar artıq yüklənib:

“15 ton dondurma bir azdan İraqa yola salınacaq”.

O qeyd edib ki, ixrac olunan dondurmalar “Baton” və “Plombir” növlərindəndir:

“Biz ikinci ildir ki, İraq dondurma ixrac edirik. Ötən il 350 ton dondurma satmışıq. Orada özlərinin, Türkiyə və İran istehsalı olan dondurmaların üstünlük təşkil etməsinə baxmayaraq, bizim dondurmaları sevirlər. Bizdə dondurmalar sovet texnologiyası ilə hazırlandığından dadını çox bəyənirlər. Bu il ərzində İraqa1000 ton dondurma ixrac etməyi planlaşdırırıq”.

Təsisçi deyib ki, daxili bazarla müqayisədə ixrac olduqca sərfəlidir:

“Biz daxili bazarda satdığımız malın pulunu yığmaqda çox çətinlik çəkirik. Xaricə satanda isə tonla və dollarla satırıq. Bu isə ölkəyə dollar gətirilməsidir. Əsas hədəfimiz xarici bazarda mövqeyimizi möhkəmləndirməkdir. Növbəti dəfə Qazaxıstana da dondurma ixrac edəcəyik. Həmçinin gələcəkdə ərəb ölkələrinə çıxmağı da hədəfləmişik”.

A.Şərifovun sözlərinə görə, gələcəkdə süd məhsulları da ixrac edəcəklər:

“Onlar bizdən süd də almaq istəyirlər. Amma biz hazırda istədikləri qablaşdırmada onlara süd verə bilmirik. Ola bilsin ki, il ərzində süd, pendir və digər süd məhsulları da sataq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır