KƏND TƏSƏRRÜFATI

Azərbaycanda ilk dəfə “Albion” sortu əkildi
08 YANVAR
227

Azərbaycanda ilk dəfə “Albion” sortu əkildi

2019-01-08 10:32:00

Ötən ildən başlayaraq Qazaxda ilk dəfə olaraq yeni üsulla çiyələk yetişdirilir.

Fins.az xəbər verir ki, təsərrüfat rəhbəri Nüsrət Aşırov ilk dəfədir çiyələk becərdiyini deyib. Söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi çiyələyin dünya bazarında xüsusi yeri olduğunu qeyd edib. O, keçən ilin avqust ayında Çaylı kəndi ərasizində 4 hektar sahədə yüksək məhsuldarlığa malik, süfrəlik və mürəbbəlik “Albion” sortu olan çiyələk şitilləri əkib. Bir hektara təxminən 46-50 min şitil əkdiyini deyən fermer yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və şitillərə xüsusi qulluq göstərildiyini vurğulayıb. Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır.

Məhsul yığımının bu ilin mart ayında aparılacağını deyən fermer gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır. Belə ki, əlavə 3 hektar ərazidə də çiyələk yetişdiriləcəyini, eyni zamanda, ilboyu məhsul əldə etmək üçün çiyələk sahəsinin istixana ilə əvəzlənəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256