KƏND TƏSƏRRÜFATI

Energetik içkilər və siqaretlərin qiymətləri BAHALAŞACAQ?
21 DEKABR 2018
369

Energetik içkilər və siqaretlərin qiymətləri BAHALAŞACAQ?

2018-12-21 14:38:00

Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən aksiz vergisi tətbiq olunacaq malların siyahısına yeniləri əlavə edilib. Fins.az xəbər verir ki, bunlar alkoqollu və alkoqolsuz energetik içkilərdir.

Bundan əlavə də, elektron siqaretlər üçün mayeyə də hər litrinə görə vergi tutulacaq. Bu yenilikdən sonra iddia olunur ki, sözü gedən məhsulların qiymətləri bahalaşa bilər. 

Yeni əlavələr:

Əlavə olaraq energetik içkilər, elektron siqaretlər üçün maye aşağıdakı dərəcələrlə aksiz vergisi obyekti olacaq:

Alkoqollu energetik içkilər - hər litrinə görə 2 manat;

Alkoqolsuz energetik içkilər - hər litrinə görə 3 manat;

Elektron siqaretlər üçün maye – hər litrinə görə 20 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272