ƏRZAQ SƏBƏTİ

Energetik içkilərin qiymətləri BAHALAŞACAQ
16 NOYABR
202

Energetik içkilərin qiymətləri BAHALAŞACAQ

2018-11-16 17:30:00

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

Fins.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Layihə yaxın günlərdə Milli Məclisdəmüzakirəyə çıxarılacaq. (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256