ƏRZAQ SƏBƏTİ

1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacaq
08 NOYABR
240

1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacaq

2018-11-08 16:33:00

Azərbaycanda toyuq ətinə tətbiq edilən gömrük rüsumunun müddəti uzadılır.

Fins.az xəbər verir ki,  1 kq toyuq əti idxalına tətbiq eilən 1 ABŞ dolları rüsumun müddəti 01.11.2018-ci il tarixədə başa çatırdı. Nazirlər Kabinetinin qərarı ilə müddət 15.12.2019-cu il tarixinədək uzadılıb.

Həmçinin, 15.12.2019-cu il tarixinədək 1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacaq.

Qeyd edək ki, Qərara əsasən, bir sıra idxal kənd təsərrüfatı, ərzaq və tikinti sənayesi məhsullarının xüsusi gömrük rüsumlarının müddəti noyabrın 1-dən 2019-cu il dekabrın 15-dək uzadılır.

Hökumət keçən ilin noyabrında "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ni təsdiq edib. Sənəd yerli istehsalçıların qorunması üçün qəbul edilmişdi. Yeni qaydalara əsasən, toyuq əti, toyuq yumurtası, pomidor, soğan, xiyar, fındıq, üzüm, alma, armud, xurma, bəzi meyvə şirələri (limon, ananas, pomidor, üzüm, alma), sərinləşdirici içkilər üçün müvəqqəti rüsumlar müəyyən edildi. Xüsusi rüsumlar malların miqdarı, həcmi və ya idxal dəyərindən asılı olaraq ABŞ dolları ilə hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258