ƏRZAQ SƏBƏTİ

Azərbaycanda siqaret yenidən bahalaşacaq?
30 OKTYABR
464

Azərbaycanda siqaret yenidən bahalaşacaq?

2018-10-30 17:51:00

Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir. Fins.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib. 
Belə ki, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manat proqnoz edilir. 2018-ci il üçün həmin məbləğ 104 mln. manatdır
Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata artımla proqnozlaşdırılır deyə Rövşən Ağayev qeyd edib. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258