ƏRZAQ SƏBƏTİ

Diri çəkidə ət istehsalı 3,3 faiz artıb
17 OKTYABR
92

Diri çəkidə ət istehsalı 3,3 faiz artıb

2018-10-17 10:19:00

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,3 faiz artaraq 364,7 min ton, süd istehsalı 1,8 faiz artaraq 1550,8 min ton, yumurta istehsalı 0,6 faiz azalaraq 1295,9 milyon ədəd, yun istehsalı isə 0,7 faiz azalaraq 15,6 min ton olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ölkədə 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250