ƏRZAQ SƏBƏTİ

Marketlərdən aldığımız çaydır yoxsa "kraska"?
02 OKTYABR
504

Marketlərdən aldığımız çaydır yoxsa "kraska"?

2018-10-02 11:09:00

Yaşlı nəsildən tez-tez "bizim vaxtımızda çaylar belə deyildi, ətri, dadı daha gözəl idi" kimi sözlər eşidirik.

Bu fikirləri nə qədər onların nostalji hissləri ilə bağlasaq da, müəyyən qədər həqiqət payının olduğunu danmamalıyıq. Keyfiyyətinə görə dünyanın yaxşı çay istehsalçılarından sayılsaq da, nədənsə son illər marketlərdən alınan çaylar istehlakçıları qane etmir. Bir anın içində qıpqırmızı rəng alan bu içkinin çay deyil, kimyəvi rəng olduğunu iddia edənlər az deyil. Xüsusilə kiçik paketlər şəklində olan, el arasında "atma çay" kimi tanınan çayların bitkinin tamamilə lazımsız hissələrindən hazırlandığı deyilir.

Bəs bu nə dərəcədə doğrudur?

Alıcılar deyir ki, əsl çayın qiyməti daha bahadır. Marketlərdə satılan isə ya başqa otlardır, ya da çay bitkisinin lazımsız hissələri.

Qeyd edək ki, qonşu Rusiya və Türkiyədə bizim çayların sevilməsinə gəlincə, alıcılar ixrac üçün nəzərdə tutulan çayların yerli bazardakından daha keyfiyyətli hazırlandığını qeyd edirlər.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253